ASİYA ANTİSİKLONU

qışda Asiyada, Baykal gölündən cənubda əmələ gələn antisiklondur. A.a. atmosferin qış hərəkət mərkəzlərindən biridir. Yanvarda mərkəzində təzyiq 766 mm olur.
ASILI TOZ
ASTANA
OBASTAN VİKİ
Asiya qış antisiklonu
Asiya qış antisiklonu, (Mərkəzi Asiya antisiklonu, Monqolustan antisiklonu, Sibir maksimumu, Sibir antisiklonu) – qış aylarında Asiya üzərində materikin güclü soyuması nəticəsində yaranan yüksək təzyiq sahəsi. Materikdaxili rayonlarda qış uzunmüddətli, soyuq və, demək olar ki, qarsızdır. Yanvar ayında Asiya qış antisiklonunun mərkəzində atmosfer təzyiqi 1070 millibardan çox olur (Yer kürəsində ən yüksək göstərici). Yayda Asiya qış antisiklonunu Asiya depressiyası əvəz edir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 120.
Azor antisiklonu
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Şimali Amerika antisiklonu
Şimali Amerika antisiklonu — İqlim xəritəsində Şimali Amerikanın qərb hissəsində qışda materikin soyuması və Arktika hava kütləsinin irəliləməsi ilə əlaqədar olaraq əmələ gələn antisiklondur.
Asiya (dəqiqləşdirmə)
Asiya — Yer kürəsindəki ən böyük qitə
Asiya (okeanida)
Asiya (Asiya, q.yun. Ἀσία) — qədim yunan mifologiyasının personajlarından biri. Pilosdan gələn mətnlərdə bu, Potniya epitetidir. Müasir alimlərin fərziyyələrinə görə, epitet Kritin Asios şəhərində və ya Kiçik Asiyadakı Asiya bölgəsinə işarədir. Yunan mifologiyasında, okeanida Okeanla Tefiyanın qızıdır. Herodotun fikrincə, dünyanın bir hissəsinin şərəfinə adlandırılan Asiya Prometeyin həyat yoldaşıdır. Digər versiyalara görə, Asiya, Prometeyin anası, İapetin həyat yoldaşıdır . 1861-ci ildə İngilis astronomu Norman Pogson tərəfindən Madras Rəsədxanasında kəşf edilən asteroid (67) Asiyanın şərəfinə Asiya adlandırılır. Bu cür adlanması Asiya ərazisindən kəşf edilən ilk asteroid olması ilə əlaqədardır.
Asiya Dialoqu
Asiya Birliyi və yə Asiya Dialoqu (İngilis dilində: Asia Cooperation Dialogue) - Asiya ölkələri arasında birlik yaratmaq və ASEAN, SAARC və Körfəz Əməkdaşlıq Şurası kimi təşkilatlara kömək etmək məqsədilə 2002-ci ildə qurulan beynəlxalq təşkilatdır. Asiya qitəsində olslarada Şərqi Timor, Ermənistan, Gürcüstan, İraq, srail , Kipr, Şimali Koreya, Livan, Maldiv adaları, Papua-Yeni Qvineya, Suriya bu təşkilata üzv deyil.Həmçinin Azərbaycanda bu təşkilata üzv olmasada bu təşkilatla əməkdaşlıq edir.
Asiya Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Asiya Oyunları
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi. Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir.
Asiya ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Asiya ağacdələnləri
Asiya ağacdələnləri (lat. Megalaimidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Cənubi Asiya
Cənubi Asiya (benq. দক্ষিণ এশিয়া, mald. ދެކުނު އޭޝިޔާ, qüc. દક્ષિણ એશિયા, hind. दक्षिण एशिया, kann. ದಕ್ಷಿಣ ಏಷ್ಯಾ, marathi दक्षिण आशिया, nep. दक्षिण एशिया, q.pənc. دکھنی ایشیاء, sindhi ڏکڻ ايشيا, tam. தெற்கு ஆசியா, urdu جنوبی ایشیاء) — Asiyanın bölgəsi. Region Himalay dağlarından cənubda və Hind okeanındakı adalarda yerləşən ölkələrdən ibarətdir.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Kiçik Asiya
Kiçik Asiya — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir. Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır. Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.
Mərkəzi Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Ön Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Şimali Asiya
Şimali Asiya — bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən geniş bir ərazisini əhatə edir . Şimal Buzlu okeanından Mərkəzi Asiyaya - Monqolustan və Çin sərhədlərinə , Ural dağlarından Sakit okean sahillərinə qədər uzanır . Mürəkkəb relyefə , çox təzadlı təbii şəraitə , zəngin təbii ehtiyatlara malik olması regionun əhəmiyyətini çox artırır . Geniş düzənliklər və hündür dağ sistemləri regionun relyefinin ümumi mənzərisini müəyyən edir. Orta Sibir yaylası , Verxoyansk , Çersk , Baykalətrafı dağlar Sixote - Alin , Sta Şimalda çayların ətrafında ovalıqlar geniş sahə tutur ( Mərkəzi novoy , Cuqcur , Koryak dağları regionun əsas relyef formalarıdır . Yakutiya ovalığı və s . ) . Ərazinin çox hissəsi platforma sahəsinə aid Burada fəaliyyətdə olan vulkanlar ( məsələn , Klyuçevskaya Sopka ) , qeyzerlar diqqəti cəlb edir , güclü zəlzələlər tez - tez təkrarlanır . Coğrafi mövqeyi regionun təbii şəraitində də həlledici rol oynayır .
Şərqi Asiya
Şərqi Asiya (çin. 东亚, kor. 동아시아, yap. 東アジア) — Asiyanın şərq hissəsi. Sakit okeana yumşaq, subtropik və tropik zolaqlara yaxımdır. Relyefi mürəkkəb dağ və düzənlikdir. Seysmik aktiv zonadır. Düzənliklər şumlanır və yaşıllıqlarla zəngindir. İqlimi musson, sezona görə rütubətli, tayfunlu və daşqınlıdır. Şərqi Asiyaya Çin, Tayvan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Koreya Respublikası, Monqolustan aid edilir.
Asiya alması
Asiya alması (lat. Malus asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Asiya koryuşkası
Asiya koryuşkası (lat. Osmerus mordax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinin koryuşka cinsinə aid heyvan növü.
Asiya meşəgilası
Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır. Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir. Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1. Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur.
Asiya Xayrullina
Asiya Həsənovna Xayrullina (tatar. Асия Хәсән кызы Хәйруллина; 15 iyun 1921, Apas rayonu, Tatarıstan MSSR – 4 noyabr 2004, Kazan) — Tatar teatrının sovet və rus aktrisası, teatr müəllimi. Tatarıstan Respublikasının əməkdar artisti (1992). Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1970). Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (1958). Asiya Xasanovna Xayrullina 1921-ci il iyulun 15-də Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Tetyuşki kantonunun Bikeyevski volostunun Yasaşno-Barışevo kəndində anadan olub. Volqaboyu davam edən aclığın ən qızğın vaxtında anadan olan Asiya cəmi yeddi uşağı olan varlı bir kəndlinin ailəsində beşinci uşaq olub. O, uşaqlığını Sviyajsk kantonunun Tenkovski volostunun Qızıl-Bayraq kəndində keçirib. Atası var-dövlətini və bütün əmlakını sovet hakimiyyətinə təhvil verərək, 1927-ci ildə evdən çıxarılma və sürgün edilmə qorxusu ilə ailəsini bu kəndə köçürüb. O bir neçə il imkanlı əmisi Zakirin himayəsində Kazanda yaşamış, ibtidai məktəbi orada bitirib.